Biləsuvarda qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib

İnfrastruktur
  • 25 avqust, 2017
  • 07:14
Biləsuvarda qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib

Bakı. 25 avqsut. REPORT.AZ/ Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində kollektor üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsü əsaslı şəkildə bərpa olunub.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bərpa işləri zamanı körpünün dayaqları bərkidilib, dəmir-beton aşırım tirləri yeniləri ilə əvəzlənib, plitələrin üstü (hərəkət hissə) betonlanıb, daha sonra körpü üzərinə asfalt-beton örtük döşənib və kənarlarına yeni məhəccər quraşdırılıb.

Körpü sabahdan sürücülərin istifadəsinə veriləcək.

Xatırladaq ki, 1973-cü ildə inşa olunan üçaşırımlı körpü ötən ay ağırtonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Uzunluğu 30 metr, eni isə 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı.

44 - Tezliklə