Biləsuvarda "Abad Məhəllə" layihəsi çərçivəsində yeni park salınıb

İnfrastruktur
  • 01 sentyabr, 2026
  • 20:52
Biləsuvarda Abad Məhəllə layihəsi çərçivəsində yeni park salınıb

"Abad məhəllə" layihəsi çərçivəsində Biləsuvar şəhərində növbəti park salınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, layihə 21 avqust - 21 sentyabr tarixində keçirilən "Sülh Aylığı" və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə parkda təmizlik işləri həyata keçirilib, daha sonra müxtəlif növ ağaclar əkilərək suvarılıb.

Qeyd edək ki, layihə çərçivəsində rayon ərazisindəki digər məhəllələrdə də analoji abadlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.