Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının dəyəri açıqlanıb
- 10 oktyabr, 2024
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının ehtimal olunan qiyməti 13 milyon 752 min 902 manat təşkil edir.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Tender şərtlərinə əsasən təchizatçılar təklifləri təqdim etmək üçün 25 manat istifadə haqqı və 2 062,94 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər oktyabrın 25-i saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.