Bəhreyn aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

İnfrastruktur
  • 23 dekabr, 2021
  • 08:08
Bəhreyn aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

Bəhreynin milli aviadaşıyıcısı “Gulf Air” gələn il yanvarın 6-dan Azərbaycana uçuşları bərpa edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir ki, aviareyslər həftədə 2 dəfə Bəhreynin paytaxtı Manamadan Bakıya həyata keçiriləcək.

Aviaşirkətdən bildirilib ki, hazırda mövcud uçuşlar pandemiyadan əvvəlki reyslərin təxminən 80%-i qədərdir və tam göstəriciyə nail olmaq üçün müxtəlif ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq edilir.