Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılmasının xərci acıqlanıb

İnfrastruktur
  • 23 dekabr, 2024
  • 15:09
Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılmasının xərci acıqlanıb

Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinə 11 milyon 843 min 596 manat sərf olunacaq.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Tikinti işlərini "Teymur-M" MMC aparacaq. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin elan etdiyi tenderin qalibi olub.

Qurumun elan etdiyi digər tenderin nəticələrinə görə, Araz çayı boyunca sərhəd infrastrukturunun və ərazilərin sel sularından mühafizəsi tədbirlərinə 6 milyon 350 min 574 manat xərclənəcək. Bu işləri "Avro-Asiya İnşaat Korporasiyası" ASC həyata keçirəcək.