"BakuBus"ın avtobuslarında tariflər fərqli olmayacaq
İnfrastruktur
- 12 may, 2015
- 08:20
Bakı. 12 may.REPORT.AZ/ Bakı şəhərinin ictimai nəqliyyat sahəsində göstərilən bütün xidmətlərin qiymətləri tənzimlənir. Yeni yaradılan "BakuBus" MMC-də də tətbiq ediləcək qiymətlər bugünkü tariflərlə eyni olacaq.
"Report"un məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov "BakuBus" MMC-yə məxsus avtobuslarda gediş haqqının artırılacağına dair yayılan xəbərləri şərh edərkən bildirib: "Tariflərdə heç bir dəyişiklik olmayacaq".
M.Pənahovun sözlərinə görə, hər bir kəs bilməlidir ki, paytaxta gətirilən yeni avtobuslar daha müasirdir: "Bəlkə də Avropada çox az istifadə olunur. Ona görə də vətəndaşlardan bircə xahişimiz bu avtobuslara diqqətlə yanaşmaq, hər bir şeyi qorumaqdır".
Son xəbərlər
01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
Digər ölkələr00:43
Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölüb
Digər ölkələr23:54
Ağdamda traktor minaya düşüb
Hadisə23:48
Foto
"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Daxili siyasət23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26