Bakıya yeni avtobuslar gətiriləcək
İnfrastruktur
- 28 fevral, 2018
- 07:47
Bakı Nəqliyyat Agentlyinin baş direktorunun müşaviri Mübariz Abbasov
Bakı. 28 fevral. REPORT.AZ/ Bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakı Nəqliyyat Agentlyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.
M.Abbasovun sözlərinə görə, hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub: "İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1 000-ə yaxın avtobusu təmir edib standarta uyğunlaşdırıblar".
BNA rəsmisi marşrut xətlərinin sayına da aydınlıq gətirib. Onun sözlərinə görə, agentlik yaranana qədər Bakıda 157 marşrut xətti olub ki, optimallaşma nəticəsində bunların sayı 146-ya enib.
Son xəbərlər
20:49
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni ötüb - YENİLƏNİB-5
Digər ölkələr20:44
Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib
Digər ölkələr20:34
Əraqçi ilə İshaq Dar Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
Region20:25
"LANDAU Lions" basketbol Arnas Sakenisi heyətinə cəlb edib
Komanda20:19
Foto
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
Fərdi20:06
Xamenei ordu və SEPAH-a yeni komandanlar təyin edib – YENİLƏNİB
Region20:00
"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib
Futbol19:49
İsveçdə Rusiya kəşfiyyat əməliyyatının qarşısı alınıb
Digər ölkələr19:38