Bakının Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
- 23 fevral, 2018
- 06:50
Bakı. 23 fevral. REPORT.AZ/ Təmir işləri ilə əlaqədar sabahdan Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən ("Əhmədli" metro stansiyası) Babək prospektinə qədər olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.
Son xəbərlər
10:31
Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək
Daxili siyasət10:28
"Ayaks" Dani Sebalyosla danışıqları dayandırıb
Futbol10:23
Azərbaycanda 6 ayda sosial müavinətlərə 85 milyon manata yaxın vəsait xərclənib
Maliyyə10:11
Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
Ekologiya10:09
Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək
Komanda10:07
Fransa və İspaniyada yanğınlar səbəbindən 360 min nəfər təxliyə olunub
Digər ölkələr10:02
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib - FAKTİKİ HAVA
Ekologiya09:59
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Xarici siyasət09:55