Bakının Fətəli xan Xoyski prospektində təmir yekunlaşıb
İnfrastruktur
- 28 sentyabr, 2022
- 05:02
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində təmiri yekunlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, ümumilikdə təmir işləri 45 min kvadratmetrdən çox sahədə aparılıb. Nəticədə ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.
Sonda yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılıb.
2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.
Ötən il rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.
Bakının Fətəli xan Xoyski prospektində təmir yekunlaşıb
Son xəbərlər
09:16
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr09:11
Paşinyan Rusiyaya yola düşüb
Region09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.07.2026)
Maliyyə09:08
Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarlayıb
Futbol08:59
Türkiyədə 50 nəfər toy mərasimində qidadan zəhərlənib
Region08:35
Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Sevincimi ifadə edə bilmirəm
Daxili siyasət08:09
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:57
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
Hadisə07:43