Bakının bir sıra yollarında tıxac yaranıb
- 07 aprel, 2026
- 08:34
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
13. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
15. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.