Bakının Bakıxanov qəsəbəsinin bir hissəsində su kəsiləcək

İnfrastruktur
  • 16 noyabr, 2023
  • 09:00
Bakının Bakıxanov qəsəbəsinin bir hissəsində su kəsiləcək

Bu gün Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, fasilə su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

44 - Tezliklə