Bakının Babək prospektində görülən işlər dekabrın 10-na qədər tam yekunlaşacaq

İnfrastruktur
  • 16 noyabr, 2018
  • 12:13
Bakının Babək prospektində görülən işlər dekabrın 10-na qədər tam yekunlaşacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Babək prospektində gördüyü işləri dekabrın 10-na qədər tam yekunlaşdıracaq və yolu istifadəyə verəcək.

“Report” xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

“Hazırda prospektdə 1 km məsafədə asfaltlanma işləri aparılır”, - deyə o əlavə edib.