Bakının 3 rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq

İnfrastruktur
  • 02 fevral, 2017
  • 11:15
Bakının 3 rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudlaşma magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.