Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır
İnfrastruktur
- 25 iyun, 2018
- 05:30
Bakı. 25 iyun. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarına qədər davam etdiriləcək.
Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Son xəbərlər
01:55
DÇ-2026: Norveç Braziliya önündə ikinci qolu vurub - YENİLƏNİR-4
Futbol01:41
"Reuters": Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmaq niyyətindədir
Digər ölkələr01:18
Foto
Duran: Türkiyə Ərdoğanın rəhbərliyi ilə diplomatiyanın səsi olmağa davam edir
Region00:59
Fransada meşə yanğını səbəbindən 10 000 insan təxliyə olunur
Digər ölkələr00:29
NASA rəhbəri "Blue Origin"in raketinin partlayışının mümkün səbəbini açıqlayıb
Digər ölkələr00:08
Foto
SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirilib
Digər ölkələr23:57
Azərbaycanın U-20 basketbol millisi Avropa çempionatında ilk qələbəsini qazanıb
Komanda23:54
Maka Boçorişvili: Cənubi Qafqazda sülh "Orta Dəhliz"in inkişafı üçün mühüm əhəmiyyət daşıyır
Region23:45