Bakıdakı elektron tablolarda “Qarabağ Azərbaycanındır!” ifadəsi yerləşdirilib

İnfrastruktur
  • 09 oktyabr, 2019
  • 14:55
Bakıdakı elektron tablolarda “Qarabağ Azərbaycanındır!” ifadəsi yerləşdirilib

Bakı Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin bir qədər əvvəl çıxış edərkən işlətdiyi "Qarabağ Azərbaycanındır!" ifadəsini paytaxtdakı elektron tablolarda yerləşdirib. 

"Report" xəbər verir ki, bu addım Yeni Azərbaycan Partiyasının təşəbbüsünə dəstək məqsədi ilə atılıb.