Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
- 08 aprel, 2025
- 14:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 89,6 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən iki ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 84,5 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 7 %-ini əsaslı təmir, 4 %-ini cari təmir, 4,5 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 80,6 %-ini inşa, yenidənqurma və bərpa, 7,8 %-ini əsaslı təmir, 5,9 %-ini cari təmir, 5,7 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,1 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.