Bakıda xəttə 24 saat işləyən avtobuslar buraxıla bilər
İnfrastruktur
- 10 aprel, 2020
- 12:51
Bakıda xəttə 24 saat işləyəcək ekspres avtobusların buraxılması istisna edilmir.
"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Agentlik epidemioloji vəziyyətə, hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib. Hazırda həyati əhəmiyyətli obyektlərin, xüsusilə də ərzaq mağazalarının və apteklərin gündəlik nə qədər işçilərinin işə getdiyini araşdırırıq. Ola bilsin ki, 24 saat xidmət göstərən ekspres xətlər fəaliyyətə başlasın və yaxud sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bununla bağlı yekun qərarı Operativ Qərargah verəcək", - o qeyd edib.
Son xəbərlər
23:10
Abşeronda qonşular arasında baş verən münaqişə ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-ın şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək
Futbol21:43
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Digər ölkələr21:29
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
Region21:15