Bakıda piyada təhlükəsizliyi ilə bağlı bəzi işlər yekunlaşmaq üzrədir
- 08 dekabr, 2020
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Nəqliyyat Agentliyi (BNA) piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması üçün yol kəsişmələrində bəzi işləri yekunlaşdırmaq üzrədir.
Bu barədə “Report”a BNA-dan bildirilib.
Məlumata görə, həmin işlər aşağıdakılardır:
- Yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;
- 80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.
- Ümumilikdə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyi artırır, piyadaların rahatlığını təmin edir, piyada keçidlərindən istifadəni stimullaşdırır, əlçatanlığın artırılmasına şərait yaradır.