Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

İnfrastruktur
  • 16 sentyabr, 2026
  • 18:35
Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ötən gün Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. Ötən ilin eyni günü ilə müqayisədə artım 18 % və yaxud təxminən 300 min nəfər olub.