Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb

İnfrastruktur
  • 25 noyabr, 2025
  • 11:48
Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb.

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya, Estoniya və Əfqanıstan dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edir.

İclasda MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk 9 ayındakı fəaliyyəti, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti və digər məsələlər təşkil edir.

İclas noyabrın 26-nadək öz işini davam etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti