Bakıda I yarımildə yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
- 25 avqust, 2025
- 17:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,4 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən yarım il ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 %-ini inşaat, yenidənqurma və bərpa, 6,6 %-ini əsaslı təmir, 3,5 %-ini cari təmir, 3,3 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 83,1 %-ini inşa, yenidənqurma və bərpa, 7,6 %-ini əsaslı təmir, 5,7 %-ini cari təmir, 3,6 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.