Bakıda daha iki ərazidə yollar təmir edilib
İnfrastruktur
- 13 aprel, 2026
- 12:27
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.
İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib.
Son xəbərlər
23:01
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Xarici siyasət23:00
SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir
Region22:47
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Region22:29
"Atletiko" - "Real" oyununun baş hakimi səhvlərinə görə cəzalandırılacaq
Futbol22:27
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə22:24
Foto
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Region22:21
Makron yanacaq qiymətlərini aşağı salmaq üçün Aİ normalarının yumşaldılmasını təklif edib
Digər ölkələr22:19
Foto
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib
Energetika22:10