Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

İnfrastruktur
  • 02 iyul, 2026
  • 11:36
Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.

İyulun 3-5-də isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək.