Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir

İnfrastruktur
  • 12 oktyabr, 2017
  • 06:16
Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 7 yanvar 2017-ci il tarixində təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq. 

"Report" xəbər verir ki, bu barədə ADY-nin açıqlamasında bildirilir.