Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq - ƏLAVƏ OLUNUB
- 22 may, 2019
- 05:34
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 09:17-də verilib
Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.
“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib.
***
C.Qurbanov onu da qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq: "Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır".