Bakıya yeni metro vaqonları gətirilir

İnfrastruktur
  • 13 sentyabr, 2022
  • 07:02
Bakıya yeni metro vaqonları gətirilir

F.Əhmədovun sözlərinə görə, hazırda "Bakı Metropoliteni"nin vaqon parkının 30%-dən çoxu yeni vaqonlardır. 

"Yeni vaqonların alınması ilə bağlı Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə əməkdaşlığımız növbəti illərdə də davam edəcək. Onlar bizə texniki xidmət və ehtiyat hissələri ilə bağlı da dəstək verir. Qarşıdakı illərdə digər istehsalçılarla əməkdaşlıq etmək nəzərdə tutulmur. Hazırda yeni qatarlarımızın sayı 19-dur, 4 yeni qatarın gətirilməsi ilə 23-ə çatdırılacaq.

Bundan başqa, bu il 10 köhnə vaqon sökülüb, aidiyyatı üzrə qara və əlvan metalları təhvil verilib. Bu proses növbəti illərdə də davam etdiriləcək", - o bildirib. 

10:42

"Bakı Metropoliteni"nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov isə bildirib ki, bu ay Bakıya 10, gələn ay isə daha 10 vaqon gətiriləcək.

"Yeni vaqonlar daha geniş, işıqlı və hermetikdir. Qatarlar Bakıya gətirildikdən sonra sınaqdan keçiriləcək və istismara veriləcək", - o qeyd edib.

10:27

"Bakı Metropoliteni" QSC-nin mütəxəssislərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi metronun qonşu ölkənin "Metrovaqonmaş" şirkətinə sifariş etdiyi və hazırda istehsal olunan 4 qatara (20 vaqona) baxış keçirməkdir.

"Tezliklə həmin qatarlar Bakıya gətiriləcək", - o deyib.