Bakı metrosunun iki stansiyasına rəis təyin edilib
- 13 yanvar, 2023
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” və "Xalqlar dostluğu" stansiyalarına rəislər təyin olub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı qurumun sədri Zaur Hüseynov müvafiq əmrlər imzalayıb.
Z.Hüseynovun əmri ilə "Cəfər Cabbarlı" stansiyasının rəisi Yusif Kərimov vəzifəsindən azad edilərək qurumun Hərəkət Xidmətində başqa vəzifəyə təyin olunub.
Onun yerinə isə bu vaxta qədər "28 May" stansiyasında rəis müavini olan Nəsiman Səttarov təyin olunub.
Bundan əlavə metronun "Xalqlar dostluğu" stansiyasının vakant olan rəisi vəzifəsinə "8 Noyabr" stansiyasının rəis müavini Kamal Talıbzadə təyin edilib.
| № | Stansiya rəisinin adı | Hazırda rəhbərlik etdiyi stansiya | Əvvəl rəhbərlik etdiyi stansiya |
| 1 | Əlişan Ağayev | Avtovağzal | Memar Əcəmi (Bənövşəyi) |
| 2 | Niyaz Alıyev | Memar Əcəmi (Bənövşəyi) | Qara Qarayev |
| 3 | Akif Məmmədov | Şah İsmayıl Xətai | Əhmədli |
| 4 | Nəsiman Səttarov | Cəfər Cabbarlı | 28 May (müavin) |
| 5 | Vüsal Zeynalov | Nizami | İmtahanla qəbul edilib |
| 6 | Şaiq Heydərov | Elmlər Akademiyası | Cəfər Cabbarlı |
| 7 | Sərdar Babayev | İnşaatçılar | Bakmil |
| 8 | Elçin Süleymanov | 20 Yanvar | İnşaatçılar |
| 9 | Şahvələd Hüseynov | Memar Əcəmi | İçərişəhər |
| 10 | Ramin Əliyev | Nəsimi | İmtahanla qəbul edilib |
| 11 | Xalid Məmmədov | Azadlıq prospekti | İmtahanla qəbul edilib |
| 12 | Faiq Həsənov | Dərnəgül | Avtovağzal |
| 13 | Cümşüd Cəfərov | İçərişəhər | Sahil |
| 14 | Nurlan Nəbiyev | Sahil | İmtahanla qəbul edilib |
| 15 | Müstəcəb Qurbanov | 28 May | Nəriman Nərimanov |
| 16 | Əli Mayılov | Gənclik | Elmlər Akademiyası |
| 17 | Arif Həsənli | Nəriman Nərimanov | Xalqlar dostluğu |
| 18 | Dəyanət Dadaşov | Bakmil | Şah İsmayıl Xətai |
| 19 | Elxan Zeynalov | Ulduz | Nəsimi |
| 20 | Vadim Məmmədov | Koroğlu | Həzi Aslanov |
| 21 | İlqar Rüstəmov | Qara Qarayev | Azadlıq prospekti |
| 22 | Mehman İbrahimov | Neftçilər | Koroğlu |
| 23 | Kamal Talıbzadə | Xalqlar dostluğu | 8 Noyabr (müavin) |
| 24 | Cəmşid Cəfərov | Əhmədli | Neftçilər |
| 25 | Vidadi İbrahimov | Həzi Aslanov | 28 May |
| 26 | Yusif Şabanov | 8 Noyabr | Nizami |
| 27 | Seyfulla Vəliyev | Xocasən | Nəriman Nərimanov |