Bakı metrosunda yeni sərinkeşlərin quraşdırılmasına başlanılıb

İnfrastruktur
  • 07 may, 2019
  • 08:01
Bakı metrosunda yeni sərinkeşlərin quraşdırılmasına başlanılıb

Bakı metrosunun stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi ilə bağlı alınmış 7 yeni sərinkeşdən 2-nin quraşdırılmasına başlanılıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“İlk olaraq 2 sərinkeş metronun "Qara Qarayev" stansiyasında quraşdırılır. Digər 5 sərinkeşin isə plan üzrə - "Memar Əcəmi" və "Nizami" stansiyalarında, tunellərdə quraşdırılması planlaşdırılır", - deyə o, qeyd edib.