Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək
İnfrastruktur
- 18 mart, 2026
- 11:43
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında Novruz bayramı münasibətilə retro vaqonlar nümayiş olunacaq.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Qeyd edilib ki, sərnişinlər martın 19-u, 20-i və 21-də səhər saat 10:00-dan axşam 22:00-dək "İçərişəhər" stansiyasının birinci yolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola bilərlər.
"Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş "A" tipli vaqon, habelə 1950-ci illərin istehsalı "Q" və "E" tipli vaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq", - məlumatda bildirilib.
Son xəbərlər
03:22
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir
Digər ölkələr02:45
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
Digər ölkələr02:13
Merts 2028–2034-cü illər üçün Aİ büdcəsinin azaldılmasına çağırış edib
Digər ölkələr01:50
İran XİN: Tehran Fars körfəzinin təhlükəsizliyi prinsipinə sadiqdir
Region01:25
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
Digər ölkələr00:58
Foto
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub
Futbol00:47
Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir"
Futbol00:13
Tom Barrak: Türkiyə ilə ABŞ arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb
Region23:52