Bakı metrosunda qatarda nasazlıq yaranıb

İnfrastruktur
  • 19 yanvar, 2022
  • 14:55
Bakı metrosunda qatarda nasazlıq yaranıb

"Bakı Metroploteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb.

"Report" xəbər verir ki, hadisə bu gün saat 18:37-də qeydə alınıb.

Qatar "Nizami" stansiyasında sərnişinlər düşürüldükdən sonra depoya göndərilib.

Xəttə ehtiyat qatar buraxılıb.