Bakı metrosunda mobil rabitə şəbəkəsi 100 % təmin ediləcək
İnfrastruktur
- 30 dekabr, 2023
- 10:44
Gələn il "Bakı Metropoliteni" QSC-nin ərazisində mobil rabitə şəbəkəsi 100 % təmin ediləcək.
Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, növbəti ildə Xocəsən stansiyasında da mobil rabitə şəbəkəsinin qurulacaq.
"Hazırda Xocəsən stansiyası istisna olmaqla bütün stansiyalarda mobil rabitə şəbəkəsi mövcuddur. Yeni istifadəyə verilmiş Xocəsən stansiyasının isə yalnız yerüstü hissəsində şəbəkə mövcuddur. Tuneldə və stansiya daxilində şəbəkənin qurulması isə gələn il yekunlaşacaq. Bununla da metronun bütün stansiyalarında kəsintisiz mobil rabitədən istifadə mümkün olacaq”, - deyə metro rəsmisi qeyd edib.
Son xəbərlər
03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37