Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək

İnfrastruktur
  • 01 oktyabr, 2021
  • 12:09
Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək

Bu il "Bakı Metropoliteni" QSC-yə məxsus 11 qatar və yaxud 55 vaqon təmir ediləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov deyib.

Onun sözlərinə görə, təmir işləri 3 mərhələdə həyata keçiriləcək: “Cari Təmir-2 adlanan təmir zamanı 240 min km hərəkət edən 4 qatar təmir olunacaq. Cari Təmir-3 adlanan təmir zamanı 560 min km hərəkət edən 3 qatarın (15 vaqon), orta təmir zamanı isə 960 min km hərəkət edən 4 qatarın (20 vaqon) təmiri həyata keçiriləcək. Artıq gələn ilə də irihəcmli plan qurulub, neçə qatar və yaxud vaqonun təmirə gedəcəyi müəyyənləşib".