Retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq

İnfrastruktur
  • 28 dekabr, 2018
  • 07:27
Retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq.

Bu barədə “Report”a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulacaq.

Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30 da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.