Bakı metrosunun rəqəmsal strategiyası nəzərdən keçirilib
- 29 oktyabr, 2025
- 15:01
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Report" bu barədə Holdinqə istinadən xəbər verir.
Məlumata görə, iclasda metronun bu ilin 9 ayında gördüyü işlərə dair hesabat təqdim olunub, qarşıdakı illərin büdcə proqnozları müzakirə olunub. Bununla yanaşı, Cəmiyyətin 2025-ci il üzrə əsas səmərəlilik göstəriciləri və rəqəmsal strategiyası nəzərdən keçirilib, maraq doğuran digər məsələlər diqqət mərkəzində olub.
AZCON-un əsas hədəfləri idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.