Bakı Dəmir Yolu Vağzalındakı saxlama kameralarında əl yüklərinin saxlanılması ödənişli olub

İnfrastruktur
  • 22 fevral, 2017
  • 12:04
Bakı Dəmir Yolu Vağzalındakı saxlama kameralarında əl yüklərinin saxlanılması ödənişli olub

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Dəmir Yolu Vağzalındakı saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri qüvvəyə minib. 

Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. 

Məlumata görə, tariflər QSC-nin İdarə Heyətinin qərarı və Sərnişin daşımaları Departamentinin təkliflərinə əsasən müəyyən edilib.