Bakı avtovağzalı: Ölkədaxili və xarici reyslərdə dəyişiklik yoxdur

İnfrastruktur
  • 09 yanvar, 2015
  • 06:24
Bakı avtovağzalı: Ölkədaxili və xarici reyslərdə dəyişiklik yoxdur

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalından yerinə yetirilən avtobus reysləri mövcud hərəkət cədvəlinə uyğun həyata keçirilir. Bu barədə “Report”a Bakı Beynəlxalq Avtovağzalından bildirilib: "Hərəkət cədvəlində də heç bir dəyişiklik yoxdur". 

Məlumata əsasən, həm ölkədaxili, həm də beynəlxalq marşrutlarla avtobus reysləri adi qrafik üzrə vaxtlı-vaxtında yerinə yetirilir: "Hava yaxud hər hansı başqa səbəbə görə hərəkətdə problem müşahidə olunmur".

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalından ölkədən xaricə 13 reys, ölkə daxilində isə 51 reys yerinə yetilir. 

44 - Tezliklə