Azərbaycanda nəqliyyat sektorunda ucuzlaşma olub
- 09 sentyabr, 2014
- 08:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2%, sərnişindaşıma tarifləri isə 0,9% ucuzlaşıb.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2% bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8% ucuzlaşma müşahidə olunub.
Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9% ucuzlaşmış, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3% bahalaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.