“Azərsu”yun sədr əvəzi Naftalanda vətəndaşları qəbul edəcək

İnfrastruktur
  • 10 aprel, 2023
  • 11:35
“Azərsu”yun sədr əvəzi Naftalanda vətəndaşları qəbul edəcək

Aprelin 14-də “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edəcək.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qəbul saat 10:00-dan başlayaraq şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Vətəndaşlar qəbul üçün Naftalan, Goranboy və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

44 - Tezliklə