“Azərsu”: Abşeronda fasiləsiz su təminatı göstəricisi 81%-ə çatıb

İnfrastruktur
  • 07 noyabr, 2019
  • 07:28
“Azərsu”: Abşeronda fasiləsiz su təminatı göstəricisi 81%-ə çatıb

Son illər Abşeron yarımadasında fasiləsiz su təminatı göstəricisi 30%-dən 81%-ə çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verib.

“Bakıətrafı 27 qəsəbədə - 40 ünvanda fasiləsiz su təminatı həyata keçirilib. Bunun üçün 270 km yeni su xətti çəkmişik”, - deyə o, qeyd edib. 

44 - Tezliklə