“Azəristiliktəchizat”ın rəhbəri Gəncədə vətəndaşları qəbul edəcək

İnfrastruktur
  • 07 iyun, 2022
  • 13:33
“Azəristiliktəchizat”ın rəhbəri Gəncədə vətəndaşları qəbul edəcək
İlham Mirzəliyev

İyun ayının 23-ü saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Gəncə şəhərində Gəncə, Goranboy, Samux, Kəlbəcər şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək.

Bu barədə "Report"a ASC-dən məlumat verilib.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535, Heydər Əliyev parkı, Gənclər Evi ünvanında keçiriləcək.

44 - Tezliklə