“Azəristiliktəchizat”ın sədr əvəzi Lənkəranda vətəndaşları qəbul edib

İnfrastruktur
  • 26 avqust, 2022
  • 12:50
“Azəristiliktəchizat”ın sədr əvəzi Lənkəranda vətəndaşları qəbul edib

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən vətəndaş qəbulunda Lənkəran, Astara, Lerik şəhərlərinin sakinləri iştirak edib. Onların qaldırdığı bəzi məsələlər yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

44 - Tezliklə