Azərbaycanın turistik bölgələrinə gedən avtomobil yollarının bərpasına başlanılıb
İnfrastruktur
- 16 noyabr, 2018
- 13:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin turist bölgələrinə gedən avtomobil yollarının bərpasına başlayıb.
“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı-Şamaxı yolu 2-ci texniki dərəcəli yoldan 1-ci texniki dərəcəli yola uyğun yenidən qurulub.
“Gələn ildən Ağsu aşırımından yeni yolun çəkilişinə başlanacaq. Artıq Ağsudan Yevlaxa qədər olan yolun yenidən qurulması başa çatıb və istifadəyə verilib. Xaldandan Şəkiyə qədər olan 55 km-lik yolda təmir davam edir və işlər gələn il başa çatdırılacaq. Zaqatala- Balakən, Zaqatala-Qax-Şəki yolları artıq tam istifadəyə verilib”, - deyə o bildirib.
Son xəbərlər
10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Biznes
10:34
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə
10:25
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
Ekologiya
10:21
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Energetika
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Biznes
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət