Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşınması 2 %-ə yaxın azalıb
- 18 noyabr, 2025
- 12:35
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 24 milyon 154,1 min ton yük daşınıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.
Məlumata əsasən, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 10 milyon 555,6 min ton (-6,6 %), avtomobil nəqliyyatı ilə 8 milyon 8,8 min ton (+8,9 %) və dəniz nəqliyyatı ilə 5 milyon 589,7 min ton (-6,2 %) yük daşınıb.
Bundan başqa, bu ilin 9 ayında "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 milyon 615 min ton (-1,2 %), o cümlədən "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizi ilə 6 milyon 117,1 min ton (-6,2 %), "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 6 milyon 719,7 min ton (-4,3 %), "Şimal-Qərb" nəqliyyat dəhlizi ilə 4 milyon 416,7 min ton (-3 %), "Cənub-Qərb" nəqliyyat dəhlizi ilə 402,7 min ton (+44,2 %) təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 %-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 %-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 %-i tranzit yüklər olub.