Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
- 25 fevral, 2021
- 13:01
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə yeni açıqlama yayıb.
"Report" açıqlamanı təqdim edir:
| S/ s | Yolun adı (istiqamətlə) | Mövcud vəziyyəti |
| 1 | Bakı - Quba - Rusiya ilə dövlət sərhədi | Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 2 | Giləzi - Xızı | Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 3 | Bakı - Qobustan | Yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 4 | Qobustan - Şamaxı - Muğanlı | Yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 5 | Muğanlı - Ağsu - Yevlax | Yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 6 | Bakı - Ələt - Hacıqabul | Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 7 | Hacıqabul - Ucar - Yevlax | Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 8 | Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi | Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
| 9 | Muğanlı - İsmayıllı | Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir. |
| 10 | İsmayıllı - Qəbələ - Oğuz- Şəki | Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 11 | Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəd | Yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
| 12 | Yevlax – Şəki (Göybulaq) | Yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
| 13 | Gəncə - Daşkəsən - Xoşbulaq | Daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 14 | Şəmkir - Gədəbəy | Yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 15 | Ələt – Astara – İran ilə dövlət sərhədi | Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
| 16 | Masallı – Yardımlı | Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
| 17 | Lənkəran – Lerik | Yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
| 18 | Hacıqabul – Bəhramtəpə – Horadiz | Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |