Azərbaycanda yük və sərnişin daşınması artıb
- 14 avqust, 2026
- 12:06
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manat məbləğində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 % çox xidmət göstərilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, xidmətlərin 5 milyard 530,7 milyon manatı (60,1 %-i) yük daşınması, 2 milyard 522,9 milyon manatı (27,4 %-i) sərnişin daşınması, 1 milyard 153 milyon manatı (12,5 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Nəqliyyat sektorunda 140,8 milyon ton və yaxud 1 il əvvələ nisbətən 2,8 % çox yük daşınıb. Yüklərin 63 %-i avtomobil, 25,9 %-i boru kəməri, 7,4 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,1 %-i hava nəqliyyatı ilə daşınıb.
Daşınmış sərnişinlərin sayı 1 milyard 290,0 milyon nəfər və yaxud illik müqayisədə 8,6 % çox olub. Sərnişinlərin 89,3 %-i avtomobil nəqliyyatı, 10 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.