Azərbaycanda tikintiyə və istismara icazə üzrə əsas prioritetlər açıqlanıb

İnfrastruktur
  • 02 oktyabr, 2025
  • 11:23
Azərbaycanda tikintiyə və istismara icazə üzrə əsas prioritetlər açıqlanıb

Azərbaycanda tikintiyə və istismara icazə mexanizmlərinin optimallaşdırılması əsas prioritetlərdəndir.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şixəliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu sahədə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də elektron sistemlərin yaradılması istiqamətində mühüm işlər görülüb: "Dövlət-biznes dialoqu formatında özəl sektorun fəal iştirakı ilə keçirilən ictimai dinləmələr mövcud imkanların tətbiqi, qanunvericiliyin icrası və inzibati tənzimləmə prosesində ortaya çıxan məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir".

V. Şixəliyev əlavə edib ki, tikintiyə və istismara icazə proseslərində mərhələlərin sayı, onların icra müddətləri və xərclərin şəffaflaşdırılması əsas prioritetlərdəndir: "Biznes nümayəndələrinin təqdim etdiyi arayış və təhlillər əsasında müvafiq arqumentlər hazırlana bilər. Xərclərin şəffaflığı, əlçatanlığın artırılması və optimallaşdırılması isə qarşıda duran əsas çağırışlardandır".

Son xəbərlər

Bütün Xəbər Lenti