Azərbaycanda su idarəçiliyində rəqəmsal islahatlar aparılacaq

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 10:13
Azərbaycanda su idarəçiliyində rəqəmsal islahatlar aparılacaq
Zaur Mikayılov

Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" (2024–2040-cı illər) çərçivəsində su idarəçiliyində rəqəmsal islahatlar aparılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, Strategiya çərçivəsində yeni texnologiyaların tətbiqi nəzərdə tutulur: "Strategiya real vaxt rejimində monitorinq sistemlərinin qurulmasını, hövzə səviyyəsində idarəetməni və Elektron Su İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur. Bu islahatlar həm şəffaflığı və hesabatlılığı, həm də səmərəliliyi artıracaq".

Agentlik rəhbəri vurğulayıb ki, yeni sistemlər sayəsində həm şəhərlərdə, həm də kənd təsərrüfatında su itkilərinin qarşısı daha dəqiq alınacaq, idarəetmədə operativlik təmin ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti