Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanılır

İnfrastruktur
  • 06 may, 2021
  • 17:59
Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanılır

Azərbaycanda inşa edilən “Ro-Pax” tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Bu barədə"Report" a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

Onun sözlərinə görə, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir: "İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsilə 40 ağırtonnajlı avtomobil (TIR), 19 minik maşını, 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır".

Qeyd edək ki, “Ro-Pax” tipli gəmi ilə həm yükdaşıma, həm də sərnişindaşıma həyata keçirilir.

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanılır