Azərbaycanda daha iki müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

İnfrastruktur
  • 27 oktyabr, 2025
  • 18:11
Azərbaycanda daha iki müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Paytaxtın 49 nömrəli şəhərdaxili və 515 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarılır.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 25 noyabr 2025-ci il, saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov - tel: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 515 nömrəli (Xırdalan şəhəri - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutu üzrə 1 lotda dekabrın 16-da, 49 nömrəli ("28 May" m/st - 68 nömrəli məktəb) avtobus marşrutu üzrə 1 lotda dekabrın 19-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti