Azərbaycanda “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsi elan edilib

İnfrastruktur
  • 09 yanvar, 2018
  • 12:56
Azərbaycanda “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsi elan edilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edib. 

"Report" BNA-ya istinadən xəbər verir ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. 

Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücüləri müvafiq daşıyıcı şirkətlər işlə təmin edəcək. Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər Bakl şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu, 1-ci kilometr 1 ünvanına təqdim edilməlidir: 

1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);

2. Ümumi tibbi arayış;

3. “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi;

4. Şəxsiyyət vəsiqəsi.

"Hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. “Sürücü Təlim Mərkəzi”nin yaradılmasında əsas məqsəd bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır" - deyə məlumatda qeyd edilib. 

44 - Tezliklə